Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransı

Beynəlxalq Su Təsərrüfatı Sərgisi və Konfransı

Müasir dövrdə dünya bir sıra yeni qlobal çağırışlarla üz-üzədir. Digər faktorlarla yanaşı su mənbələrinin çatışmazlığı dünyanı təhdid edən ən vacib problemlərdən birinə çevrilib. Etibarlı su təchizatına nail olunması, su ehtiyatlarından səmərəli şəkildə istifadə son dövrlərdə dünya ölkələri qarşısında duran strateji məsələdir.

Azərbaycan da bu cəhətdən istisna deyil. Su ehtiyatlarının idarə edilməsi həm ekoloji baxımdan, həm də ölkənin su təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Bakı Su Həftəsi çərçivəsində su təsərrüfatı sahəsinin aparıcı nümayəndələri ilə görüşlər keçirmək, ən son texnoloji məhsullar və sektorun inkişaf strategiyaları barədə məlumat almaq, eləcə də perspektiv müqavilələr imzalamaq mümkün olacaq. Tədbirin əsas məqsədlərindən biri Azərbaycanda bu sahənin daha da inkişaf etdirilməsi üçün ölkəyə yeni texnologiyaların və investisiyaların cəlb edilməsi, eləcə də bununla bağlı vacib məsələlərin, yeni layihələrin və əməkdaşlıqların müzakirəsidir. 

Tədbir içməli suların emalı, su təchizatı və tullantı sular üzrə inşaat və qazma texnikası və avadanlığı, su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi, su təsərrüfatında İnformasiya və kommunikasiya texnologiyaları, suyun duzsuzlaşdırılması texnologiyaları, təbii fəlakətlərə qarşı tətbiq olunan texnologiyalar, laboratoriya avadanlıqları, tullantı və yağış suların axıdılması və emalı sistemləri üzrə bölmələri əhatə edəcəkdir.

“AURA İNŞAAT” MMC olaraq iştirakçılar siyahısında yer alırıq.

Tarix: 12-14 March 2024
Yer: Baku Ekspo Mərkəzi
Ətraflı: https://bakuwaterweek.az/az/sergi-haqqinda