17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
“Caspian Agro” sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, kənd təsərrüfatı sahəsinin yerli və xarici mütəxəssisləri arasında təcrübə mübadiləsi və qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda praktiki vasitə kimi özünü doğrultmuşdur.
Sərgi kənd təsərrüfatı sektorunun ən əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, aralarında idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə satış təmsilçiləri, eləcə də fermerlərin yer aldığı minlərlə peşəkar ziyarətçini bir araya gətirir.
Sərginin əsas bölmələri
- Smart Agro
- Gülçülük
- Kənd təsərrüfatı texnikası
- Kənd təsərrüfatı obyektləri
- Kənd təsərrüfatı landşaftı
- Kənd təsərrüfatında innovasiya texnologiyaları
- Heyvandarlıq və quşçuluq
- İstixana
- Yemlər
- Baytarlıq
- Bitkiçilik
- Meyvə və tərəvəzlərin yetişdirilməsi
- Tullantıların emalı
- Pambıq emalı, tekstil
- Logistika
- Elektron kənd təsərrüfatı
- Laboratoriya avadanlığı
- Green Aqro
“Caspian Agro” sərgisi Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin aktiv dəstəyi ilə keçirilir. Sərgi həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası tərəfindən dəstəklənir.
Ətraflı: https://caspianagro.az/az/sergi-haqqinda